Marneulili oxçular Batumidə keçirilən yarışda iştirak ediblər
11-14 may tarixlərində Batumi şəhərində yerləşən "Anqisi" idman bazasında 2023-cü il oxatçuluq üzrə Gürcüstan çempionatı keçirilib. Çempionatda Marneuli İdman Məktəbidən 4 idmançı – üç qız və bir paraoxçu iştirak edib. Yuxarı yaş qrupunda uğurla çıxış edən Salome Xarşiladze üçüncü yerə çıxıb. Bu barədə Marneuli İdman Məktəbi feysbukda məlumat paylaşıb.

Məlumata görə, Ümumdünya Oxçuluq Federasiyası "WORLD ARCHERY" (WA) qaydalarına uyğun keçirilən çempionat kişi və qadın kateqoriyalarında olan idmançılar arasında keçirilib. "Klassik oxatma" üzrə keçirilən yarışda atış məsafəsi 70 metr olub.

Turnirin çempionu və mükafatçılarını Gürcüstan Milli Oxçuluq Federasiyasının prezidenti Simon Nozadze, Gürcüstan Milli Oxçuluq Federasiyasının vitse-prezidenti və Marneuli İdman Məktəbinin direktoru Mamuka Naveriani tərəfindən mükafatlandırıb.

Qeyd edək ki, Salome Xarşiladze 21 yaşadək yaş kateqoriyasında mübarizə aparır. O, dəfələrlə Gürcüstan çempionu və mükafatçısı olub. Salome bu il iyunun 4-də İsveçrənin Sion şəhərində keçiriləcək Avropa kubokunun püşkatma mərasiminin ikinci mərhələsində iştirak edəcək.

Print Email
FaceBook Twitter Google