2-4 iyun tarixlərində Senaki şəhərində kikboksinq üzrə 30-cu
Gürcüstan çempionatı keçirilib. Çempionatda Gürcüstanın 14
bələdiyyəsindən 150-yə yaxın idmançı iştirak edib.
Bolnisi və Qardabanidə fəaliyyət göstərən idman klublarının
idmançıları çempionatda 9 medal qazanıblar.
Bolnisi rayonunun Aşağı Qoşakilsə kəndində fəaliyyət göstərən “İnam
kikboks klubu”nun baş məşqçisi Şahin Bəxtiyarovun sözlərinə görə,
onun altı tələbəsi yarışda iştirak edib.
“İdmançılar mənim rəhbərliyim altında qatılmışdılar.
Rüfət Məmmədov, Məhəmməd Alməmmədov və Nuru Kələyev birinci yerə
layiq görüldülər. Orxan Nəsibov ikinci yerə çıxdı. Sənan Salahlı və
Otar Piriyev isə üçüncü yeri qazandılar. Məqsədimiz gəncləri pis
vərdişlərdən uzaqlaşdırmaq və sağlam həyat tərzinə cəlb
etməkdir”, – Şahin Bəxtiyarov dedi.
Çempionatda iştirak edən “Qaracalar” idman klubunun üç idmançısı
yaxşı nəticələr əldə ediblər. Qardabanili məşqçi İsfahan Əliyevin
sözlərinə görə, bu cür yarışların keçirilməsində əsas məqsəd
regionda idmanın inkişafıdır.
“Bizim idman klubundan 3 idmançı qatılmışdı. Olardan
Əli Qurbanov və Osman Osmanov 1-ci yeri qazandılar. Yunis Hacıyev
isə 2-ci yerə çıxdı. Əsas məqsədimiz gənclərə dəstək
olmaqdır”, – İsfahan Əliyev dedi.
Müxtəlif yaş kateqoriyalarında qalib gələn idmançılara sertifikat,
medal və kuboklar təqdim olunub.
Turnirdə Senaki yerli idarəetmənin əməkdaşları, Gürcüstan Tayboks
və Kikboksinq Federasiyasının nümayəndələri, azarkeşlər və dəvət
olunmuş qonaqlar iştirak ediblər.