Marneulili veteran cüdoçular Avropa çempionatında mübarizə
aparacaqlar.
6-11 iyun tarixlərində, Sloveniyanın Podçertrek şəhərində veteran
cüdoçular arasında 2023-cü ilin Avropa çempionatı keçiriləcək.
Marneuli İdman Məktəbinin məlumatına görə, çempionatda Gürcüstanı
27 idmançı təmsil edəcək.
Onlar arasında Marneuli İdman Məktəbinin veteran cüdoçuları Emzar
Kaldani, Qiqla Tsipani, Zaza Davadze, Sandro İakobaşvili və Levan
Davadze də var.
- 73 kq çəki dərəcəsi:
- Qiqla Tsipiani (64 yaş)
- 81 kq çəki dərəcəsi
- Levan Davadze (30 yaş)
- 81 kq çəki dərəcəsi
- Sandro İakobaşvili (34 yaş)
- 90 kq çəki dərəcəsi
- Zaza Davadze (33 yaş)
- 90 kq çəki dərəcəsi
- Emzar Kaldani (53 yaş)
Gürcüstan heyətinə rəhbərlik edirlər: Gürcüstan Veteran Cüdoçular
Federasiyasının Prezidenti Oleq Zurebiani, Marneuli İdman
Məktəbinin direktoru, Gürcüstanın Veteran Cüdoçular Federasiyasının
vitse-prezidenti, Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü
Mamuka Naveriani.