“Bavariya” gürcüstanlı qolkiperi heyətinə qatmaq istəyir
“Valensiya”nın qapıçısı Qeorqi Mamardaşvili karyerasını Almaniyada davam etdirə bilər.

Gürcüstanlı qolkiper “Bavariya”nın transfer siyahısında yer alıb.

Münhenlilər 22 yaşlı əlcək sahibini bu yay heyətinə qatmaq istəyir. Mamardaşvili İngiltərə və İtaliya klublarının da maraq dairəsindədir.

Qeyd edək ki, qapıçının “Valensiya” ilə müqaviləsi 2027-ci ilin
yayında başa çatacaq. Onun anlaşmasında sərbəst qalma məbləği 100 milyon avrodur.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google