Arda Gülər “​​Real Madrid”lə müqavilə imzalayacaq
“Real Madrid”lə razılaşan “Fənərbağça”nın gənc ulduzu Arda Gülər ​​sağlamlıq müayinəsindən keçmək və rəsmi müqaviləyə imza atmaq üçün sabah Türkiyəni tərk edərək Madridə gedəcək.

Məlumata görə, tibbi müayinə zamanı problem olmazsa, cümə günü futbolçu üçün
imza mərasimi keçiriləcək və o, "Kral klubu"nun üzvü olacaq.

18 yaşlı yarımmüdafiəçinin mərasimdən sonra Karlo Ançelottinin rəhbərliyi altında ABŞ-də komandanın mövsümöncəsi təlim-məşq toplanışına qatılacağı gözlənilir.

Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google