Kriştianu Ronaldunun yeni baş məşqçisi müəyyənləşdi
Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, bu posta Luiş Kaştru təyin olunub.

“Botafoqo”dan ayrılan
portuqaliyalı mütəxəssis iki illik müqaviləyə imza atıb.

Qeyd edək ki, ulduz futbolçu Kriştianu Ronaldu “Ən-Nəsr”də çıxış edir. “İnter”in xorvatiyalı futbolçusu Marselo Brozoviç də bir neçə gün əvvəl bu kluba keçib.

Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google