“Yuventus” avrokuboklardan imtina edəcək
Turin “Yuventus”u ittihamların üzərindən götürülməsi müqabilində 2023/2024 mövsümündə Avropa kuboklarında iştirakdan imtina edəcək.

Məlumata görə, klub İdman Arbitraj Məhkəməsində (CAS) Konfrans Liqasından xaric edilməsinə etiraz etməyəcək, çünki bu halda Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA)
“Yuventus”a 2024/2025 mövsümü üçün gələcək Avropa yarışlarında iştirak etmək icazəsinə zəmanət verəcək.

Bildirilir ki, İtaliya komandasının rəhbərliyi bu qərarı məqbul hesab edib.

Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google