16 dekabr tarixində Tbilisidə “Avrasiya Peşəkar Sanda Liqası”
keçirilib. Yarışda Gürcüstan və əcnəbi döyüşçülər üz-üzə gəliblər.
Marneulidə fəaliyyət göstərən “BARLAS” döyüş klubunun idmançısı da
yarışa qoşulub. Döyüş klubunun rəhbəri Faiq Məmmədovun sözlərinə
görə, onun rəhbərlik etdiyi klubdan Aytun Əsgərov yarışda iştirak
edib.
“Gürcüstan və Zaqafqaziyada ilk dəfə olaraq “Avrasiya
Peşəkar Sanda Liqası” keçirildi. Həmin yarışda mənim idmançım, 60
kq çəki dərəcəsində döyüşən Aytun Əsgərov çempion
oldu”, – Faiq Məmmədov dedi.
Yarış çərçivəsində 10 döyüş keçirilib.
Turnirdə Gürcüstanla yanaşı Azərbaycan və Ermənistanın idmançıları
da iştirak ediblər.