“Real Madrid”in ulduzu Səudiyyə Ərəbistanında fitə basıldı
Səudiyyə Ərəbistanında keçirilən İspaniya Superkubokunun yarımfinal oyununda insident yaşanıb.

Belə ki, “Real Madrid”lə “Atletiko”nun qarşılaşdığı matçda kral klubunun futbolçusu Toni Kroos yerli azarkeşlər tərəfindən fitə basılıb.

Etiraza 34 yaşlı almanın vaxtilə dediyi sözlər səbəb olub.

“Səudiyyə Ərəbistanında hər şey pul ətrafında dövr edir. Həm də orada insan haqlarının olmaması bu ölkəyə getməyimə əngəl törədir. Avropada oynaya biləcək futbolçuların ora getməsi mənə gülməli görünür”, - deyə Kroos müsahibələrinin birində bildirib.

Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google