Marneuli bələdiyyəsinin Yeni Dioqnisi kəndində sağlam həyat
tərzinin populyarlaşdırılması məqsədilə qaçış və gənclərin
konfransı baş tutub.
Tədbir “Gürcüstan Azərbaycanlı Qadınlar İttifaqının” təşkilatçılığı
ilə “Marneuli gəncliyi sağlam gələcək üçün” layihəsi çərçivəsində
Yeni Dioqnisi kənd ictimai məktəbi və Marneuli 4 saylı ictimai
məktəbinin şagirdlərinin iştirakı ilə keçirilib.
“Bu layihə çərçivəsində biz Yeni Dioqnisi ictimai
məktəbi və Marneuli 4 saylı ictimai məktəbində klublar yaratdıq.
Klublar “Marneuli gəncliyi sağlam həyat üçün bizim gələcəyimizdir”
adlanır. Həmin klublara lazımı idman ləvazimatları və texnika
verilib. Klublar özü də gələcəkdə sağlam həyat tərzinin
məşhurlaşdırılması üçün geniş tədbirlər keçirə bilərlər. Bu
layihənin yekunu şagirdlərin, müəllimlərin, valideynlərin və kənd
sakinlərinin iştirak etdiyi marafon və kiçik konfrans
idi” – “Marneuli gəncliyi sağlam gələcək üçün”
layihəsinin koordinatoru Kərim Hümbətov bildirib.
Marafonun qalibi Dioqnisi ictimai məktəbinin şagirdi Otar Saqnidze
olub, ikinci yerə həmin məktəbin şagirdi Leri Şavadze, üçüncü yerə
isə Marneuli 4 saylı ictimai məktəbinin şagirdi Nazim Qurbanov
çıxıb.
“Gənclər üçün belə aktivliklərin keçirilməsi çox
mühümdür, çünki ilk növbədə bu sağlam həyat tərzinin
populyarlaşdırılmasıdır. Gənclər sağlam həyat tərzinin nə olduğunu
öyrənirlər və buna əməl edirlər”, – Leri Şavadze
bildirib.
“Marneuli gəncliyi sağlam həyat tərzi üçün” layihəsi “Psixiatriyada
qlobal təşəbbüs – Tbilisi” Fondunun dəstəyi ilə, Avropa İttifaqının
dəstəklədiyi “Vətəndaş Cəmiyyəti Bərpaetmə və Təhlükəsizlik üçün
(CİSSCO)” layihəsinin üçüncü tərəfin maliyyə dəstəyi proqramı
çərçivəsində həyata keçirilib.
Layihənin əsas məqsədi adiksiyanın aradan qaldırılması, yerli
gənclər və yeniyetmələr arasında sağlam həyat tərzinin
populyarlaşdırılması, onların idman və ya maarifləndirici işlərlə
maraqlanmasıdır.
Paylaşım "Marneuli" radiosu
tərəfindən "I (birinci) Blok" ilə əməkdaşlıqla Avropa
İttifaqının
dəstəyi ilə həyata keçirilən "Vətəndaş cəmiyyəti bərpaetmə və
təhlükəsizlik üçün (Cissco)"
layihəsi çərçivəsində yaradılıb, layihəni "Psixiatriyada Qlobal
Təşəbbüs - Tbilisi"
Fondu həyata keçirir. Onun məzmununa görə, tam məsuliyyəti "I
(birinci) blok"
daşıyır və o Avropa İttifaqının baxışlarını əks etdirməyə
bilər.