“Qalatasaray” qalib gələrək “Fənərbağça”nı geridə qoydu - VİDEO
Türkiyə Super Liqasının 27-ci həftəsinin bağlanış matçında “Qalatasaray” doğma meydanda “Antalyaspor”la qarşılaşıb.

Artıq 12-ci dəqiqədə ev sahibləri hesabı açıblar. Aktürkoğlu penaltini qola çevirib. 33-cü dəqiqədə qonaqlar Sander van de Streekin sayəsində hesabı bərabərləşdiriblər. İlk hissənin əlavə olunmuş dəqiqələrində Aktürkoğlu dubla imza ataraq komandasını önə keçirib.

59-cu dəqiqədə isə o növbəti penaltidən yararlana bilməyib. Görüş 2:1 hesabıyla “cim-bom”un xeyrinə başa çatıb.

Bu qələbə sayəsində Okan Burukun yetirmələri xallarının sayını 72-yə çatdıraraq turnir cədvəlində liderliklərini bərpa ediblər. Sarı-qırmızıları ikinci pillədəki “Fənərbağça”dan cəmi iki xal ayırır. “Antalyaspor” isə 35 xalla 9-cu yerdədir.


Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google