Türkiyə Kubokunda 1/4 final mərhələsinə start
verilib.
İlk matçda “Fənərbağça” “Ankaragücü”nün qonağı olub.
Oyunda hesabı meydan sahibləri açıblar. Güneren artıq 10-cu
dəqiqədə baxımlı qola imza atıb. 33-cü dəqiqədə Xadziyovanis fərqi
artırıb. 89-cu dəqiqədə isə Rodriges hesabı 3:0-a çatdırıb.
Qarşılaşma elə bu nəticə ilə də bitib.
Beləliklə də, İstanbul klubu yarımfinalın bir addımlığında Ankara
təmsilçisinə uduzaraq turnirdəki mübarizəsini dayandırıb.
“Ankaragücü”
isə artıq yarımfinalda rəqibini gözləyir.
Mənbə: oxu.az