UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün
reqlamentində müəyyən dəyişikliklər edilib.
Bu barədə qitə futbol qurumu məlumat yayıb.
Belə ki, növbəti mövsümdən UEFA reytinqində ilk 2 yerdə qərarlaşan
ölkələrin çempionatını 5-ci pillədə başa vuran 2 komanda Çempionlar
Liqasında oynamaq imkanı əldə edəcək.
Hazırda klub reytinqində ilk 2 yerin sahibi İtaliya və Almaniyadır.
Cari gedişata əsasən 5-ci yerin sahibi İtaliya çempionatında
"Roma", Almaniya çempionatında "Leyptsiq" klubudur. Bu komandalar
"European Performance Spots" (Avropa göstərici dəyəri) adlanan
siyahıda yer alacaq.
Ümumilikdə 36 klubun iştirak edəcəyi növbəti mövsümdən turnir qrup
formatında deyil, liqa formatında təşkil olunacaq.
Mənbə: oxu.az