NBA əfsanəsinin köynəyi hərracda inanılmaz məbləğə satıldı
“Los Anceles Leykers” basketbol komandasının keçmiş üzvü Kobe Brayantın 2008-2009 NBA pley-off mərhələsinin 3-cü oyununda “Orlando Mecik”ə qarşı geyindiyi idman köynəyi satılıb.

Bu barədə geyimin satıldığı “Goldin” hərracının saytında məlumat verilib.

Alıcı sarı və ağ yazıları olan 24 nömrəli bənövşəyi formanı 915 min dollara alıb.

Brayantın bu geyimdə çıxış etdiyi oyun 2009-cu il iyunun 9-da Orlandoda baş tutub və 108:104 hesabı ilə “Mecik”in qələbəsi ilə başa çatıb. Lakin bütövlükdə seriyanı “Leykers” 4-1 hesabı ilə qazanıb və çempionluq titulu əldə edib.

Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google