Türkiyəli basketbolçu NBA-da rekord qırdı - FOTO
Milli Basketbol Assosiasiyasında (NBA) “Hyuston Rokets”in “San-Antonio Spörs”ü 114-101 hesabı ilə məğlub etdiyi matçda türkiyəli basketbolçu Alperen Şengün rekord qırıb.

21 yaşlı Alperen Şengün bir oyunda ən çox xal toplayan türk basketbolçu kimi tarixə düşüb. Bundan əvvəl Mehmet Okur bir görüşdə 43, Hidayət Türkoğlu isə 39 xal toplamışdı.

“Rokets”lə çıxdığı görüşdə 45 xal qazanan türkiyəli basketbolçu karyera rekordunu yeniləyərək komandasına cari mövsümdə 27-ci qələbəsini qazandırıb.





Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google