“Bavariya”nın və Almaniya yığmasının keçmiş baş məşqçisi
Hans-Diter Flik “Barselona”da Xavinin mümkün xələfləri siyahısına
başçılıq edir.
Bu barədə “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) jurnalist
Florian Plettenberq məlumat verib.
Məlumata görə, bir neçə gün əvvəl katalonların nümayəndələri
almaniyalı mütəxəssisin yeni agenti Pini Zahavi ilə görüşüb.
Görüşdə Flikin gələcəyi ilə bağlı konkret danışıqlar aparılıb.
Qeyd olunur ki, “Barselona” digər namizədləri də nəzərdən keçirdiyi
üçün hələlik yekun qərar verməyib. Bununla belə, katalon klubu 59
yaşlı çalışdırıcı ilə əməkdaşlıqda maraqlıdır.
Qeyd edək ki, flik məşqçilik karyerası ərzində “Bavariya” və
Almaniya millisindən başqa heç bir komandada işləməyib. 59 yaşlı
mütəxəssis 2019/2020 mövsümündə Münhen klubu ilə Çempionlar
Liqasının qalibi olub.
Xatırladaq ki, “Barselona”nın baş məşqçisi Xavi bu mövsümün sonunda
postunu tərk edəcəyini açıqlayıb.
Mənbə: oxu.az