"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu
keçirib.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Almaniyanın
"Bayer 04" klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə
başa çatıb - 2:2.
26-cı dəqiqədə Yassin Benzia hesabı açıb. 45+2-ci dəqiqədə Olavio
Juninyo qonaqları növbəti dəfə məyus edib.
Leverkuzen təmsilçisinin heyətində Florian Virtz 70-ci dəqiqədə
fərqi azaldıb. 90+2-ci dəqiqədə Patrik Şik Almaniya klubunu
məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də
Leverkuzen şəhərində gerçəkləşəcək.
Mənbə: oxu.az