“Barselona” və İspaniya millisinin keçmiş müdafiəçisi Jerar
Pike futbolda heç-heçənin ləğv edilməsi təşəbbüsü ilə çıxış
edib.
“Futbolda bir qaydanı dəyişdirə bilsəydiniz, bu, hansı
olardı?” sualını cavablandıran idmançı maraqlı təklif
ilə yadda qalıb:
“Daha çox qol vurmağın və ya oyunun heç-heçə bitməsinin
qarşısını almağın yollarını tapmalıyıq. Ola bilsin ki, bərabərliyi
ləğv etmək lazımdır. Niyə də yox? Beysbol və ya basketbolda
heç-heçə yoxdur. Siz oyuna gedirsiniz və oyun heç-heçə ilə bitir.
Sual yaranır: Kim qalib gəldi?
Futbol dəyişiklikdən qorxur. Onun böyük tarixi var, çox ənənəvidir,
lakin dəyişiklik olacaq, olmalıdır. Yeni nəsil üçün 0:0 hesabı ilə
bitə biləcək 90 dəqiqəlik oyunu başa düşmək
çətindir”, - deyə Pike bildirib.
Mənbə: oxu.az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil
olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415