Gürcüstan millisi ilə Lüksemburq yığmasının qarşılaşdığı
AVRO-2024-ün seçmə mərhələsinin 1/2 final mərhələsinin oyunu başa
çatıb.
Oyun “Boris Payçadze” (Dinamo-Arena) stadionunda (Tbilisi,
Gürcüstan) baş tutub. Görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib
gəliblər.
Qarşılaşmada hesabı 41-ci dəqiqədə gürcüstanlı hücumçu Budu
Zivzivadze açıb. 55-ci dəqiqədə qonaqlar görüşdə hesabı
bərabərləşdirsələr də, videoda oyuna təkrar baxan baş hakim qolu
ləğv edib və kobud oyuna görə qonaqların futbolçusu Maksim Şanonu
meydandan qovulub. 61-ci dəqiqədə Levan Şengeliyanın ötürməsindən
Budu Zivzivadze dubl edib.
Gürcüstan Yunanıstan-Qazaxıstan cütünün qalibi ilə qarşılaşacaq C
yolunun finalına yüksəlib. Lüksemburq AVRO-2024-ə
vəsiqə şansını
itirib.