Messi “Qızıl top” mükafatının gələcək namizədlərini AÇIQLADI
İlin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatının səkkiz qat qalibi, həmçinin “İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi, yaxın illərdə bu mükafat üçün mübarizə aparacaq futbolçuların adlarını açıqlayıb.

“Gələcək illərdə Holand, Mbappe və Vinisius kimi oyunçular arasında çox gözəl rəqabət ola bilər. Mən düşünürəm ki, hələ çox gənc olan və hazırda “Barselona”da oynayan Lamin
Yamal gələcəkdə bu mükafat uğrunda mübarizədə mühüm rol oynayacaq.

Əlbəttə, başqaları da bu mükafat üçün mübarizə aparacaqlar. Düşünürəm ki, bu bizim həzz alacağımız gözəl bir dövr olacaq”,
- deyə Messi qeyd edib.

Mənbə: oxu.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google