"Napoli" Xviça Kvaratsxeliyanın maaşını üç dəfə artıra bilər
İtaliyanın "Napoli" klubu gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliyanın maaşını 3 dəfə artıra bilər.

Neapol təmsilçisi yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmağa yaxındır.

Tərəflər hələ də müqavilənin müddəti və təzminatın məbləği barədə razılığa gəlməyiblər. Futbolçunun maaşının illik 1,5 milyon avrodan 4,5 milyon avroya yüksələcəyi gözlənilir.

23 yaşlı yarımmüdafiəçi 2022-ci ilin yayından neapolluların heyətində çıxış edir.

Qeyd edək ki, Xviça Kvaratsxeliya bu mövsüm "Napoli"nin heyətində bütün turnirlərdə keçirdiyi 38 matçda 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google