Kriştianu Ronaldu ayın futbolçusu seçilib - FOTO
“Ən-Nəsr”in 39 yaşlı hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatında mart ayının ən yaxşı oyunçusu seçilib.

Bu barədə Səudiyyə Ərəbistanı Pro Liqasının mətbuat xidməti “X” hesabında məlumat yayıb.

Səudiyyə Ərəbistanı çempionatının 23-cü turunun “Ər-Raed”lə oyununda (1:3) portuqaliyalı futbolçu heç bir nəticəverici hərəkətə imza atmayıb. 24-cü turun “Əl-Əhli” ilə oyununda (0:1) Ronaldu penalti zərbəsi ilə qələbə qolunu vurub.
25-ci turun “Ət-Tai” ilə oyununda (5:1) məşhur hücumçu het-trik edib.

Xatırladaq ki, Ronaldu bu mövsüm bütün turnirlərdə 34 matçda iştirak edib, 33 qol vurub, 11 məhsuldar ötürmə edib.



Mənbə: oxu.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google