“Barselona”nın futbolçusu Messi ilə Ronaldu haqqında danışdı
Hazırda “Barselona”da icarədə olan “Atletiko Madrid”in vingeri Joao Feliks “İnter Mayami”nin hücumçusu Lionel Messi və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu haqqında danışıb.

“Messi və Kriştianu müqayisə edilməməlidir, onlardan həzz alınmalıdır. Onlardan birini seçmək çox çətindir, hər ikisi o qədər iş görüblər ki, bunu başqasının təkrarlaması çox çətin olacaq”, - deyə Feliks bildirib.

Qeyd edək
ki, Joaonun hüquqları “Atletiko”ya məxsusdur və o, 2023-cü ilin yayından “Barselona”da çıxış edir. O, bu mövsüm portuqaliyalıların heyətində bütün yarışlar da daxil olmaqla 35 oyun keçirib, doqquz qol vurub və altı məhsuldar ötürmə edib. Futbolçunun “Atletiko” ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Nüfuzlu onlayn portal “Transfermarkt” portuqaliyalının bazar dəyərini 30 milyon avro kimi qiymətləndirir.

Mənbə: oxu.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google