Marneuli yerli özünüidarəsi məktəblilərin idman olimpiadası üçün
sadələşdirilmiş qaydada kubok, medal, sertifikat və idman
ləvazimatları alıb.
Sadələşdirilmiş müqaviləyə əsasən, 2024-cü ilin sonuna qədər
Marneuli məktəblərində idman olimpiadası keçiriləcək.
“Gürcüstan ümumtəhsil məktəblərinin idman olimpiadası
başlayıb və 2024-cü ilin sonunda başa çatacaq. Resurs Mərkəzindən
verilən məlumata görə, bələdiyyəmizdən 30 ictimai məktəb bu
tədbirdə iştirak etmək istəyini bildirib”, –
Sadələşdirilmiş
müqavilədə göstərilib.
Məlumata görə, Marneuli meriyası məktəblilərin idman olimpiadası
üçün aşağıdakı ləvazimatları alıb:
- 1) Diplom- 240 ədəd
- 2) 234 medal (1-ci, 2-ci və 3-cü yerlər)
- 3) Kubok -10 ədəd
- 4) Futbol topu – 3 ədəd
- 5) Basketbol topu – 2 ədəd
- 6) Voleybol topu – 2 ədəd
- 7) Stolüstü tennis dəsti – 1 dəst (2 raketka və
tor)
- 8 ) Futbol hakimi xidməti – 1 (nəfər).
Marneuli meriyası fərdi sahibkar Kənan Əliyevlə sertifikat, medal
və kubokların alınması üçün müqavilə imzalayıb. Meriya Kənan
Əliyevə 10 kubok, 234 medal və 240 sertifikata görə 2 300 lari
ödəyəcək.
İdman ləvazimatlarına gəlincə, meriya fərdi sahibkar Elgün
Xudiyevdən 3 futbol topu, 2 basketbol topu və 2 voleybol topu,
stolüstü tennis raketkası, tor alıb. Yerli özünüidarə Xudiyevə 375
lari ödəyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415