2019-cu ilin aprel ayında illik inflyasiya səviyyəsi 4.1 faizi təşkil edib
2019-cu ilin aprelində keçən ayla müqayisədə inflyasiya səviyyəsi Gürcüstanda 0,2 faiz, illik inflyasiya səviyyəsi isə 4,1 faiz təşkil edib.

Milli Statistika Xidmətinin göstəricilərinə əsasən aylıq inflyasiya göstəricisinə əsasən qiymətlərin sonrakı qruplarda dəyişməsi səbəb olub:

Ərzaq və spirtsiz içkilər: qrupda qiymətlərin 0,7 faizlik artımı qeydə alınıb. Bu ümumi indeksin artmasına 0,21 faiz təsir göstərib. Qiymətlər sonrakı alt qruplarda artıb: tərəvəz və bitgilər (5,6 faiz), meyvə və üzüm (5.0 faiz), eləcə də ət və ət məhsulları (1.0 faiz). Belə ki, qiymətlərdin azalması süd, pendir və yumurta alt qruplarında (-3,8 faiz) qeydə alınıb.

Geyim və ayaqqabı: qiymətlər 1.4 faiz artıb. Bu faizlı ümumi indeksin dəyişməsinə təsir göstərib. Qiymətlərn artması geyimdə (1.7 faiz), ayaqqabıda (1.1 faiz) qeydə alınıb.

Mehmanxanalar, kafelər və restoranlar: qiymətlər 0.7 faiz artıb. Müvafiq olaraq, qrup ümumi indeksə 0.03 faiz təsir edib. Qrupda qiymətlərin artması gecə qalacaq yerlərin xidmətində də (2.8 faiz) qeydə alınıb.

İllik inflyasiyaya əsas təsiri sonrakı qruplarda olan dəyişiklər göstərib:

Ərzaq və spirtsiz içkilər: qrupda qiymət artımı 5.9 faizdir. Bu illik inflyasiyaya 1.82 faiz təsir edib. Qiymətlər sonrakı alt qruplarda artıb: tərəvəz və bitgi (25.8 faiz), balıq məhsulları (13.9 fai), çörək və un məhsulları (11.3 faiz), ət və ət məhsulları (4.7 faiz). Belə ki, qiymətlər meyvə və üzümdə (-22.3 faiz) azalıb.

Siprtli içkilər, tütün: qiymətlər 21.1 faiz artıb. Bu isə 1.38 faizlə illik inflyasiyanın ümumi göstəricilərinə təsir edib. Qiymətlər tütün məhsullarında da (44.4 faiz) artıb.

İstirahət, əyləncə və mədəniyyət: qiymətlər 7,2 faiz artıb, müvafiq qrupun illik indeksə təsiri 0,41 faizi təşkil edib. Qiymətlər əyləncə və mədəni xidmətdə də (6,7 faiz) artıb.

Nəqliyyat: qiymətlər 2.3 faiz artıb. Bu illik inflyasiyaya 0,29 faiz təsir edib. Qrupda qiymətlər əsasən şəxsi nəqliyyat vasitələrinin istismarında (3,5 faiz) artıb.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google