Sentyabr ayında elektrik enerjisinin idxalı 33% artırıb
14:23 / 02.10.2019
İlkin məlumatlara görə, bu ilin sentyabr ayı
ərzində Gürcüstan elektrik enerjisinin idxalını ötən ilin eyni ayı
ilə müqayisədə 33% artıb.
Elektrik Enerjisi Sistemi Operatorunun (ESCO) əməliyyat
statistikasına görə, sentyabr ayında Gürcüstan xaricdən 185 mln.
kVt-saat həcmində elektrik enerjisi idxal edib. Rusiyadan 125 mln.
kVt-saat, Azərbaycandan isə 60 mln. kVt-saatdır. 2018-ci ilin
sentyabr ayında isə idxal 139,46 mln. kVt-saata çatmışdır.
2019-cu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanın elektrik
enerjisinin idxalı 835 mln. kVt-saata çatıb. Bu, əvvəlki ilin
analoji dövrü ilə müqayisədə 20% çoxdur.