Gürcüstana ən çox pul köçürülən ölkələr
Milli Bankın göstəricilərinə əsasən 2019-cu ilin sentyabrında Gürcüstana pul köçürmələrinin həcmi 149,8 mln ABŞ dolları (444,0 mln lari) təşkil edib. Bu isə keçən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə 13,9% (18,3 mln ABŞ dollar) çoxdur. 2018-ci ilin sentyabrında Gürcüstana göndərilən pulun həcmi 131,4 mln ABŞ dollar idi.

Belə ki, Milli Bankın məlumatına görə, xaricdən Gürcüstana köçürülən pulların 94,0% böyük ticari tərəfdaşlara düşür və belə köçürmələrin həcmi sentyabrda 1 mln ABŞ dollarını keçib. Həmin 18 ölkəyə keçən ilin sentyabrında həyata keçirilən göndərişlərin həcminin 94,3%-i düşürdü.

Qeyd edilməlidir ki, Gürcüstana pul köçürmələrində yenə də Rusiya (24,4%) liderlik edir və ondan sonra İtaliya (14,07%) və Yunanıstan (10,63%) gəlir.

“Biznespressnews” Gürcüstana ən çox pul köçürülən ölkələrin ilk onluğunu sizə təqdim edir:
  • Rusiya - 36,299 mln ABŞ dolları
  • İtaliya - 21,075 mln ABŞ dolları
  • Yunanıstan - 15,922 mln ABŞ dolları
  • ABŞ - 15,392 mln ABŞ dolları
  • İsrail - 13,551 mln ABŞ dolları
  • Türkiyə - 8,181 mln ABŞ dolları
  • Almaniya - 4,377 mln ABŞ dolları
  • Ukrayna - 4, 275 mln ABŞ dolları
  • İspaniya - 3, 479 mln ABŞ dolları
  • Qazaxıstan - 2, 927 mln ABŞ dolları
Gürcüstandan köçürülən pula gəlincə, Milli Bank məlumat verib ki, 2019-cu ilin sentyabrında Gürcüstandan xaricə 20,5 mln ABŞ dolları (60,7 mln lari) göndərilib və keçən ilin analoji dövrü ilə müqayisədə bu 6,5% artıqdır. 2018-ci ilin sentyabrında Gürcüstandan xaricə köçürülən məbləğ 19,2 mln ABŞ dollar təşkil edib.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google