Gürcüstana ən çox pul köçürülən ölkələr
13:49 / 16.10.2019
Milli Bankın göstəricilərinə əsasən 2019-cu
ilin sentyabrında Gürcüstana pul köçürmələrinin həcmi 149,8 mln ABŞ
dolları (444,0 mln lari) təşkil edib.
Bu
isə keçən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə 13,9%
(18,3 mln ABŞ dollar) çoxdur. 2018-ci ilin sentyabrında Gürcüstana
göndərilən pulun həcmi 131,4 mln ABŞ dollar idi.
Belə ki, Milli Bankın məlumatına görə, xaricdən Gürcüstana
köçürülən pulların 94,0% böyük ticari tərəfdaşlara düşür və belə
köçürmələrin həcmi sentyabrda 1 mln ABŞ dollarını keçib. Həmin 18
ölkəyə keçən ilin sentyabrında həyata keçirilən göndərişlərin
həcminin 94,3%-i düşürdü.
Qeyd edilməlidir ki, Gürcüstana pul köçürmələrində yenə də Rusiya
(24,4%) liderlik edir və ondan sonra İtaliya (14,07%) və Yunanıstan
(10,63%) gəlir.
“Biznespressnews” Gürcüstana ən çox pul köçürülən ölkələrin ilk
onluğunu sizə təqdim edir:
- Rusiya - 36,299 mln ABŞ
dolları
- İtaliya - 21,075 mln ABŞ
dolları
- Yunanıstan - 15,922 mln ABŞ
dolları
- ABŞ - 15,392 mln ABŞ
dolları
- İsrail - 13,551 mln ABŞ
dolları
- Türkiyə - 8,181 mln ABŞ
dolları
- Almaniya - 4,377 mln ABŞ
dolları
- Ukrayna - 4, 275 mln ABŞ
dolları
- İspaniya - 3, 479 mln ABŞ
dolları
- Qazaxıstan - 2, 927 mln ABŞ
dolları
Gürcüstandan köçürülən pula gəlincə, Milli
Bank məlumat verib ki, 2019-cu ilin sentyabrında Gürcüstandan
xaricə 20,5 mln ABŞ dolları (60,7 mln lari) göndərilib və keçən
ilin analoji dövrü ilə müqayisədə bu 6,5% artıqdır. 2018-ci ilin
sentyabrında Gürcüstandan xaricə köçürülən məbləğ 19,2 mln ABŞ
dollar təşkil edib.