Gürcüstanda bank kartlarının sayı azalır
2019-cu ilin sentyabr ayında Gürcüstanda bank kartlarının sayı keçən ilin eyni dövrü ilə müqayisədə 12% azalıb.

Gürcüstan Milli Bankının məlumatına görə, 2019-cu ilin sentyabr ayında Gürcüstan bazarında cəmi 6 670 348 kredit və debit kartı istifadədə olub, 2018-ci ilin eyni dövründə isə 7 584 720 ədəd kart istifadə edilib.

GMB-dən verilən məlumata görə, xüsusən kredit kartlarının sayı 15,7% azalıb. Məhz, 2019-cu ilin sentyabr ayında dövriyyədə 654 455 kredit kartı olduğu halda, ötən ilin eyni dövründə kredit kartlarının sayı 776 114 ədəd olub.

Debit kartlarına gəlincə, 11,6% azalma var. Əgər 2018-ci ilin sentyabr ayında dövriyyədə 6 808 606 debit kartı vardısa, bu ilin sentyabr ayında belə kartların sayı 6 015 893 ədəd təşkil edib.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google