Xarici ölkə vətəndaşları 9 ay ərzində Gürcüstanda nə qədər pul xərcləyiblər
2019-cu ilin yanvar-sentyabr aylarında Gürcüstanda qeyri-rezident banklarda plastik kartlar vasitəsi ilə 2,053 milyard lari həcmində əməliyyat həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,6% çoxdur. 2018-ci ilin yanvar-sentyabr aylarında Gürcüstanda xarici ölkə vətəndaşlarının bank kartları vasitəsilə xərclədikləri pulun miqdarı 1,608 milyard lari təşkil edib.

Gürcüstan Milli Bankının statistikasına görə, 2019-cu ilin yanvar-sentyabr aylarında bankomatlardan 1,036 milyard lari çıxarılıb, post terminallar vasitəsi ilə isə 1,017 milyard lari pul ödənib.

2018-ci ilin eyni dövrünə olan məlumata görə, qeyri-rezident bankların kartları vasitəsi ilə bankomatlardan 810,4 milyon lari, post-terminallar vasitəsilə isə 798,6 milyon lari ödənilib.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google