İdxal olunan dərmanların 50%-i ixrac edilir - Gürcüstandan dərman ixracının həyata keçirildiyi ölkələr
Gürcüstana idxal
edilən qblaşdırılmış dərmanların 50% başqa ölkələrə ixrac
olunur.
Milli Statistika Xidmətindən
“Biznespressnews”a verilən məlumata görə, 2019-cu ilin
yanvar-sentyabrında Gürcüstana cəmi 261,979 mln dollar dəyərində
məhsul idxalı həyata keçirilib. Bundan 132,731 mln dollar dəyərində
olan qablaşdırılmış dərmanlar isə başqa ölkəyə ixrac edilib.
Qeyd edək ki, ixracın ümumi göstəricisində dərmanların payı 1,1%
artıb, 2018-ci ildə qablaşdırılmış dərmanların ümumi ixracdakı payı
4,1%, 2019-cu ildə isə 5,2% idi. Belə ki, statistikaya əsasən
2019-cu ilin yanvar-sentyabrında 141,927 mln dollar dəyərində
dərman ixracı həyata keçirilib. Bu isə 2018-ci ilin analoji dövrü
ilə müqayisədə 40% artıqdır. Keçən il 9 ay ərzində ölkədən 101,352
mln dollarlıq məhsul çıxıb.
Gürcüstana qablaşdırılmış dərmanların ən çox idxalı həyata
keçirilən ölkələrin siyahısı isə belədir:
• Türkiyə - 64, 416 mln ABŞ dolları
• Almaniya - 22, 912 mln ABŞ dolları
• Macarıstan - 22, 261 mln ABŞ dolları
• Fransa - 18, 864 mln ABŞ dolları
• İsveçrə - 14,201 mln ABŞ dolları
• Ukrayna- 13,844 mln ABŞ dolları
• Bolqarıstan - 9, 632 mln ABŞ dolları
• Hindistan - 9,030 mln ABŞ dolları
• Birləşmiş Krallıq - 8,850 mln ABŞ dolları
• Polşa - 7, 967 mln ABŞ dolları
• Digər ölkələr - 69, 998 mln ABŞ dolları
Buradan qablaşdırılmış dərmanlar aşağıdakı ölkələrə ixrac
edilib:
• Özbəkistan - 48, 79 mln ABŞ dolları
• Azərbaycan - 20,196 mln ABŞ dolları
• Ukrayna - 14, 718 mln ABŞ dolları
• Rusiya - 14, 211 mln ABŞ dolları
• Qırğızıstan - 13,260 mln ABŞ dolları
• Türkmənistan- 5, 462 mln ABŞ dolları
• Belorusiya - 4,250 mln ABŞ dolları
• Ermənistan - 4,191 mln ABŞ dolları
• Qazaxıstan- 3,203 mln ABŞ dolları
• Tacikistan - 1,419 mln ABŞ dolları
• Digər ölkələr - 3, 737 mln ABŞ dolları
Statistika Xidmətinin məlumatına görə, 2019-cu ilin yanvar-sentyabr
aylarında Gürcüstandan ümumilikdə 141,927 mln ABŞ dollar dəyərində
qablaşdırılmış dərman ixrac edilib. Ən çox dərman aşağıdakı
ölkələrə ixrac edilib:
• Özbəkistan - 49, 807 mln ABŞ dolları
• Azərbaycan - 21, 826 mln ABŞ dolları
• Ukrayna - 15,002 mln ABŞ dolları
• Rusiya - 14, 226 mln ABŞ dolları
• Qırğızıstan- 13, 474 mln ABŞ dolları
• Türkmənistan - 5, 866 mln ABŞ dolları
• Ermənistan - 5,052 mln ABŞ dolları
• Belarus - 4, 350 mln ABŞ dolları
• Qazaxıstan - 3,722 mln ABŞ dolları
• Tacikistan - 2,726 mln ABŞ dolları
• Digər ölkələr - 5, 872 mln ABŞ dolları