Gürcüstanın Azərbaycanlı icmasına qarşı dominant baxış - Kamran Məmmədovə
Bir neçə gün əvvəl müzakirə panellərindən birində gürcü
ictimaiyyətinin etnik azərbaycanlılara qarşı olan baxışına rast
gəldim.
Bu məktub öz baxışımı çatdırmaq üçün cəhddir ki, bu növ məsələlərin
müzakirəsi kiçik auditoriyalardan və ya konfranslardan çıxsın, elə,
ya da belə – problemi hamı etiraf edir.
Əhəmiyyətli olan odur ki, ictimaiyyətimizdə olan problemli, çox
hallarda etiraf edilməyən və azlıqlar üçün ağrılı olan etnik
azərbaycanlılara (və ümumiyyətlə demək olar ki, bütün etnik
qruplara) qarşı dominant baxış növləri haqda ictimai şəkildə
danışaq.
Gürcü dövlətinin vətəndaşları olan etnik azərbaycanlılara qarşı
baxışı retrospektiv şəkildə müzakirə etsək, tərəqqi aşkardır: əgər
birinci Prezident azlıqları ümumiyyətlə ölkənin bir hissəsi hesab
etmirdisə və onları mərhələlərlə ölkədən köçürmək haqqında
danışırdısa, Şevardnadzenin dövründə belə radikal və ekstremist
bəyanat açıq səsləndirilməyib. Buna baxmayaraq “Failed State”
şəraitində dövlət institutlarının fəaliyyət göstərməməsi, yaxud
göstərə bilməməsi halında, azlıqlara qarşı dominant baxışın
dəyişməsi haqqında danışmaq artıq idi.
2003-cü ilin “Qızılgül İnqilabı” nəticəsində qərbyönümlü və
modernist hakimiyyəti ictimai və siyasi həyatın çox sahəsində dönüş
yarada bildi. Həmçinin, etnik azlıqlara qarşı yanaşma da dəyişdi.
Ancaq, həmin dövrdə hakimiyyətin elan etdiyi bütün vətəndaşların
etnik, dini, cinsi yaxud başqa mənsubiyyətlərindən asılı olmayaraq
bərabərdir siyasəti real həyatda birbaşa ziddiyətli və səthi idi.
Müvafiq olaraq, etnik azlıqların mülki bərabərliyi, əsasən, mərkəzi
hakimiyyətə tabe olmaqda özünü göstərirdi. Hamı bərabər və eyni
şəkildə bir nəfərə tabe olurdu. İndiki hakimiyyətin isə çox sayda
məsələlərlə bağlı azlıqlara qarşı baxışı necədir, bu aydın deyil.
Müvafiq bürokratların gündəlik fəaliyyətindən və bəyanatlarından
əlavə, dövlət başçıları səviyyəsində düzgün düşünülmüş mesajlara
rast gəlmirik.
Azlıqlara qarşı dominant baxışın nə olduğunu müəyyən etmək
üçün ilk əvvəl aydınlaşdırmalıyıq ki, Gürcüstan və gürcü
nədir.
Çünki azlıqlara qarşı baxışı əsasən gürcü, yəni bizimki və
başqaları arasında sərhəddin haraya çıxması müəyyənləşdirir.
Gürcüstanda bu haqda iki növ baxış dominantdır. Birinə əsasən gürcü
etnik gürcüdür və eyni zamanda pravoslavdır. Bu formuladan kənarda
qalanlar isə azlıq, yad, problem deməkdir. Buna ən yaxşı misal
Qafqaz Araşdırmaları üzrə Resurs Mərkəzin sonuncu araşdırmasıdır.
Həmin araşdırmaya əsasən əhalinin demək olar ki, yarısı etnik və
dini rəngarəngliyi mənfi dəyərləndirir.
İkinci baxış gənclər arasında daha çox yayılıb, əgər Gürcüstan
vətəndaşısansa, o zaman avtomatik olaraq gürcü xalqının bir
hissəsisən. Mədəni və etnik fərqlər isə mümkün və
yolveriləndir.
Müvafiq olaraq, səthi şəkildə müzakirə etsək, həmin baxışlar etnik
azərbaycanlı icmasına da aiddir: biri onu neqativ şəkildə, “yad”,
qeyri-gürcü kimi müzakirə edir, digəri isə pozitiv-neytral olaraq:
“bizimki” kimi, ancaq reallıq bu asan və nəzəri yanaşmadan daha
mürəkkəbdir. Müvafiq olaraq, etnik azərbaycanlılara (və yəqin ki,
bütün etnik və dini azlıqlara) qarşı dominant baxışın konkret
misallarla dörd növünü sizə təqdim edirəm.
Etinasızlıq
Dominant baxışın birinci növü etinasızlıq (məhəl qoymamaq). Bu
baxış çox hallarda dövlət orqanlarında qərar qəbul edən şəxsləri,
başqa bürokratları, siyasi partiya liderlərini, biznesləri (çox
hallarda) əks etdirir.
Bu baxışın ən yaxşı illüstrasiyası Kvemo Kartli qubernatorunun
ofisi tərəfindən 2018-ci ildə yayımlanmış videodur. Həmin videonun
məqsədi regionun turizm və iqtisadi potensialını artırmaq idi.
Videoda region əhalisinin 42 faizi – etnik azərbaycanlılar tamamilə
görünmür. Video yalnız gürcü və pravoslav mədəni abidələrini təsvir
edir ki, özlüyündə bu vacib və yaxşıdır, ancaq problem odur ki,
etnik azərbaycanlı, ya islam mədəniyyəti ümumiyyətlə göstərilmir.
Bu nəinki mədəni dominasiya, hətta “whitewashing”-dir (örtmək,
gizlətmək): qubernatorun ofisi, Kvemo Kartlidə birbaşa, yaxud
dolayı yolla etnik azərbaycanlıları və onların mədəniyyətini görmək
istəmir.
İkinci misal “Kvemo Kartlinin inkişaf strategiyası 2014-2021”-dir.
Sənəd elə girişdə izah edir ki, mərkəzdən region problemlərini
görmək çox hallarda tam mümkün olmur. Bu strategiyanın
yazmılmasının əsas məqsədi də odur ki, regionun spesifik
ehtiyacları müəyyən edilsin və maraqlanan şəxslərə göstərilsin.
Sənədin strateji məqsədi regionun iqtisadi və sosial inkişafıdır.
Strateji məqsəd sonradan on dörd konkret məqsədə bölünüb. Bir halda
sənəd özü deyir ki, onun əsas hədəfi yerli ehtiyaclardır, oxucuda
regionun 42 faizinin ehtiyaclarının qeyd olunması ilə bağlı yaranan
gözlənti məntiqə uyğundur. Buna baxmayaraq, strategiyanın on dörd
məqsədindən on üçündə bir dəfə də etnik azlıqlar xatırlanmayıb, on
dördüncü məqsəd, tost (sağlıq) səviyyəsində, bir abzasda qadın
hüquqları, etnik azlıqların və vətəndaşların iştirakı səviyyəsinin
artırılmasını özündə birləşdirir.
Nəticədə, bu baxış və etinasızlıq bizi oraya aparıb çıxarır ki,
dövlət xidmətlərinin göstərilməsi prosesində ümumiyyətlə etnik
azlıqları görmürük. Dövlətin yerli, yaxud mərkəzi orqanlarını bu
dövlətin üzərində qurulduğu mənfəətlərdən əhalinin vacib hissəsinin
ümumiyyətlə yararlana bilməməsi heç narahat etmir. Etnik azlıqlar
dövlət, qərar qəbul edən şəxslər, institutlar üçün “ölü ruhlara”
çevriliblər.
Təhlükə olaraq görmək
Dominant baxışın ikinci növü təhlükə kimi görməkdir. Bu baxış
Dövlət Təhlükəsizlik Xidməti, Patriarxlıq, eləcə də başqa,
həmçinin, hakimiyyət və müxalifət, proqressiv və ya ənənəçi,
qərbyönümlü və ya gürcüyönümlü qüvvələrə aiddir. Bu halda etnik
azlıqlar təhlükə prizmasından göstərilib və müvafiq siyasət bu
baxışdan həyata keçirilir.
Bu mövqeyin aydın nümunəsi 2020-ci ilin seçkilərinə qədər
konstitusional dəyişikliklər paketinin müzakirə prosesidir. 2020-ci
ildə təbii maneələrlə proporsional sistemə keçdiyimiz müəyyən
olunduqdan sonra, hamı belə şəraitdə etnik azlıqların partiya
yaratması baxımından bizi hansı faciələrin gözlədiyi haqda
danışmağa başladı. Həmçinin, müxalifət və hakimiyyət də etnik
azlıqların partiyasının mövcud olmasının özlüyündə təhlükəli olması
haqda eyni şəkildə danışır. Bu müddəa mənim üçün tamamilə
anlaşılmazdır.
Əlbəttə, etnik nifrəti çiçəkləndirən və zorakılığı təbliğ edən
partiyalar ölkə və əhali üçün təhlükə daşıyırlar. Amma aydın deyil
ki, əsas qayğısı məhz etnik bərabərliyə nail olmaq olan partiyanın
mövcud olması niyə təhlükəlidir. Əksinə, ola bilsin belə partiya
hazırda mövcud olan bəzi “milli” siyasi partiyalardan daha inkişaf
etmiş və qərbyönümlü ola bilər.
Bunu qeyd etməyi artıq hesab edirəm ki, DTX tərəfindən etnik
azlıqların regionlarında siyasi proseslər necə idarə olunur və
orada bütün vacib olan və olmayan məsələlər region əhalisinin
maraqlarını nəzərə alaraq deyil, xüsusi kabinetlərdə həll olunur.
Orada xalqın ehtiyacını deyil, regionu bu xalqın problemləri
haqqında gündəlikdə söhbət aparılmadan necə idarə etmək olar
məsələsi haqqında düşünürlər.
Ola bilsin siyasi məsələlərlə bağlı dövlətin belə yanaşmasını başa
düşüm (amma qəbul etməyim). Amma həmişə eyni baxış din və
mədəniyyət məsələlərinə keçir. Demək olar ki, müsəlman icması üçün
çalışan bütün dini təşkilatlara DTX orqanları tərəfindən nəzarət
olunur. Belə nəzarəti tanımayan və ona tabe olmayan təşkilatlara
isə süni maneələr yaradılır və dövlətdən maliyyə ala bilmirlər
(aydındır ki, dünyəvi ölkədə dövlət tərəfindən dini institutların
maliyyələşdirilməsi düzgün deyil. Amma əgər bir təşkilata maliyyə
verilirsə, o zaman bərabərlik prinsipi tələb edir ki, hamısı
maliyyələşdirilsin).
Baxışı birbaşa çılpaqlayan son məsələ: təhlükə
kimi görmək dövlətin Elata qarşı yanaşmasıdır. Etnik azərbaycanlı
əhalinin ənənəvi toplaşma yeri, etnik azərbaycanlılar orada öz
mədəniyyətlərini göstərir və şənlənirdilər, həmin tədbirə təhlükə
kimi baxıldı. Təəssüf ki, dövlətin birbaşa müdaxiləsi nəticəsində
bu ənənə ləğv olundu və bu tədbirin təşkil edilməsi “Dmanisoba” adı
altında Dmanisi bələdiyyəsinə verildi. Bu il Dmanisoba tədbirinə
gedən etnik azərbaycanlılar, azərbaycanlılara aid olan heç nə ilə
qarşılaşmadılar. Etiraf etməliyik ki, bu gün artıq bu ənənə, yalnız
və yalnız dominant mədəniyyət qorxusuna görə (bu məsələ ilə bağlı
daha ətraflı EMC-nin məqaləsində oxuya bilərsiniz) itdi.
Geridə qalmış kimi görmək
Dominant baxışın üçüncü növü az inkişaf etmiş, geridə qalmış kimi
görməkdir. Bu baxış etnik gürcü əhalisinin çox böyük hissəsində var
və onlar etnik azərbaycanlılara sivilizasiya, mədəni və düşüncə
baxımından geridə qalmış xalq kimi baxırlar. Məhz bəzi QHT-in,
medianın, ekspertlərin, proqressiv və ya liberalın etnik icma ilə
çalışan zaman yalnız erkən evlilik, qızların qaçırılması, dil
bilməmə səviyyəsi, seçkilərin saxtalaşdırılması, qeyri-liberal
ənənələr və.s məsələlərə diqqət yetirməsi buna işarədir. Amma həmin
adamlar strukturda hüquq pozuntusu, etno-mərkəzləşdirmə və etnik
azərbaycanlılara qarşı tarixi ədalətsizliyi görmür və səsini
çıxarmır.
Dominant baxışın bu növü etnik azərbaycanlıların hüququnun
pozulması vəziyyətinə səbəb olaraq etnik azlıq icmasının özündə
görür.
Məntiq isə asandır: etnik azərbaycanlılar siyasi həyatda iştirak
etmirlər çünki təhsilsiz, mədəniyyətsizdirlər və sivilizasiyadan
geri qalıblar. Gürcü dilini bilməmələri də bunu göstərir. Gürcü
dilini bilməmək onların daha da geridə qalmasına səbəb olur.
Özlərinin sivilizasiyadan kənar qalan ənənələrinə görə etnik
azərbaycanlı icması erkən yaşda qızları zorla evləndirir. Nəticədə
onların təhsilsizliyi və mədəniyyətsizliyi daha da dərinləşir və
onlar qalan gürcü ictimaiyyətindən daha geridə qalırlar.
Bu baxışa əsasən “bu geridə qalmış xalqa” yardım edəcək və
öyrədəcək xilaskar lazımdır ki, qızları erkən yaşda evləndirmək
olmaz; Gürcü dilini öyrənmək və təhsil almaq, köhnə ənənələri
geridə qoymaq vacibdir. Bu baxışda ən təəssüfedici odur ki, bu bir
çox etnik azərbaycanlı gənclər tərəfindən beynəlxalqlaşdırılıb.
Qonşu ölkə baxımından görmək
Dominant baxışın dördüncü növü qonşu ölkədən keçərək görməkdir. Bu
baxış etnik azlıqlara qarşı iki narrativi birləşdirir. Birincini
mən “Mariam Caşi kompleksi” adlandırıram, bu baxış Azərbaycan
dövlətindəki etnik gürcülərin hüququ pozulmuş vəziyyəti ilə bizi
müqayisə edir və bu baxışdan hesab edir ki, Gürcüstanda yaşayan
etnik azərbaycanlılar minnətdar olmalıyıq ki, Azərbaycandakı etnik
gürcülər (inqilolar) kimi hüququmuz pozulmur. Bu narrativ liberal
mühakimədə gözəl şəkildə bəzənmiş, gürcü ictimaiyyətində olan, amma
etiraf olunmayan baxışı çılpaqlayır. Ancaq yenə də Mariam Caşinin
inqiloların hüquqlarının qorunması ilə bağlı dediyi sözlərdə özünü
göstərir.
İkinci narrativ fəal olaraq ictimai sahədə hazırkı hakimiyyət
şəraitində yarandı. Həmçinin, Gürcüstanın Baş naziri və
prezidentləri ictimai və birbaşa şəkildə bizi “günahlandırırlar”
ki, Azərbaycan Gürcüstanda yaşayan etnik azərbaycanlıların tarixi
vətənidir. Tarix olaraq isə bu əhali heç vaxt Azərbaycan
Respublikasının bir hissəsi olmayıb. Burada yalnız Gürcüstanın
etnik azərbaycanlılarına qarşı dövlət başçılarının problemli və
dominant baxışı aşkarlanmır, həm də bu şəxslərin tarixi
bilmədikləri də məlum olur.
Yekun
Hər dörd baxış problemlidir və dəyişməlidir. Belə vəziyyətdə isə
etnik azərbaycanlı icmanı günahlandırmaq ki, onlar inteqrasiya
prosesinə mane olurlar, mənim fikrimcə barmaq sayından çıxan
arqumentə bənzəyir.
Kamran Məmmədov İnsan Hüquqlarının Tədris və Monitorinq
Mərkəzinin (EMC) tədqiqatçısı