2020-ci ildə Gürcüstan təbii qazın 92,7 %-ni Azərbaycandan, 6,6 %-ni isə Rusiyadan alacaq
Gürcüstanın İqtisadiyyat Naziri Natia Turnava 2020-ci ilin təbii qaz həcmində təsdiqlədi.

Sənədə əsasən, Gürcüstana gələn təbii qazın həcmi 2,57 milyard kubmetr həcmində müəyyən edilib.

Gürcüstan bu həcmin 2,39 mlrd. kubmetrini və ya 92,7%-ni Azərbaycandan əldə edəcək. Bu həcmin 1,51 mlrd. kubmetri SOCAR-dan, 873,8 mln. kubmetri isə “Şahdəniz” konsorsiumundan alınan qazın payına düşəcək.

Proqnozlara əsasən, 2020-ci ildə Gürcüstanın Rusiyadan idxal edəcəyi təbii qazın həcmi isə 169,9 miln. kubmetr, yaxud ümumi həcmin 6,6%-ni təşkil edəcək.

Gürcüstanda gələn il təbii qaz hasilatının 17,9 mln. kubmetr olacağı proqnozlaşdırılır.

Sənəddə həmçinin qeyd edilib ki, 2020-ci ildə Gürcüstan əhalisinin təbii qaz ehtiyacının 1,6 mlrd. kubmetr, istilik elektrik stansiyalarının istifadə etdiyi təbii qaz həcminin isə 600 mln. kubmetr olacağı proqnozlaşdırılıb. Kommersiya sektorunun tələbatının isə 911 mln. kubmetr olacağı bildirilib. Qaz itkisi isə 35 mln. kubmetr olaraq proqnozlaşdırılıb.

Cari ilin qaz balansı ilə müqayisədə, 2020-ci ildə təbii qazın gətirilən və həmçinin istifadə edilən həcminin azalması gözlənilir.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google