2020-ci ilin yanvar ayında dövriyyədə olan pulun miqdarı 8,4% azalıb
2020-ci ilin yanvar ayında Gürcüstanda dövriyyədə olan pulun miqdarı 8,4% azalıb. Bu haqda Gürcüstan Milli Bankı tərəfindən yayımlanan statistikada bildirilib.

Statistikaya görə, 2019-cu ilin dekabrında Gürcüstanda dövriyyədə olan pulun miqdarı 4,137,012,000 lariyə qədər artıb, yanvar ayında isə təqribən 347 milyon lari azalaraq 3,789,584,000 lari olub.

Gürcüstanda dövriyyədə olan pulun miqdarı son bir neçə il ərzində yüksək sürətlə artıb. Yanvar ayında dekabr ayı ilə müqayisədə azalmasına baxmayaraq illik hesabda 15,2% artım olub. Bu isə ölkədə olan iqtisadi artımdan olduqca çoxdur. Son üç il ərzində dövriyyədəki pulun miqdarı 35,8% artıb.



Mənbə: bm.ge
Print Email
FaceBook Twitter Google