Marneulili futbolçu Türkiyənin “Qalatasaray”-ın heyətinə qatılıb
Marneulidə fəaliyyət göstərən “Gənclik” futbol məktəbinin yetirməsi İlkin Əhmədov Türkiyənin aparıcı kulublarından biri olan “Qalatasaray” futbol klubunun 18 yaşlılardan ibarət komandasına dəvət alıb. Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı “Gənclik” futbol məktəbinin baş məşqçisi Əhməd İsmayılov məlumat verdi.

Onun sözlərinə görə, İlkin Əhmədov 2011-ci ildən “Gənclik” futbol məktəbinə üzv olub və bu günə qədər isə ölkə çempionatlarında iştirak edib. Əhməd İsmayılov onu da bildirdi ki, İlkin 2019-cu ilin sonlarında Türkiyənin "Bursaspor" klubuna transfer edilmişdi.



Əhməd İsmayılovun sözlərinə görə, İlkin Əhmədov “Qalatasaray” futbol klubunda yoxlamadan keçib və ona klubun vəsiqəsi də təqdim olunub. O, qeyd etdi ki, İlkin Əhmədov böyük futbolda da iştirak edəcək və böyük uğur qazanacaq.



“Gənclik” futbol məktəbinin baş məşqçisi Əhməd İsmayılovun sözlərinə görə, Kirəc-Muğalıdan Kərimov Nail, Algetidən Ramazanov İsmət və Marneulidən Vəliyev Kazım mart ayında Türkiyənin “Sivasspor” futbol klubuna transfer ediləcək və hal-hazırda həmin yetirmələr klub tərəfindən seçilib.

Ə.İsmayılov bildirdi ki, “Gənclik” futbol məktəbinin fəaliyyəti və gənc futbolçunun uğura imza atmasında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Marneulidə yaradılan Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin də (GAİM) xüsusi rolu var.





Müəllif: Amil Məmmədov

Print Email
FaceBook Twitter Google