Yanvar-fevral ayında xarici ticarət dövriyyəsi 6.1% artıb
2020 -ci ilin yanvar-fevral aylarında Gürcüstanda ticarət dövriyyəsi (qeyri-kommersiya ticarətindən başqa) 1 855.0 mln ABŞ dolları təşkil edib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.1 faiz artıqdır.

Milli Statistika Xidmətinin məlumatına görə, bu məbləğdən ixrac 526.3 mln ABŞ dolları (4,5 faiz artıq), idxal isə 1 328.7 mln ABŞ dolları (6.8 faiz artıq) idi.

Belə ki, Gürcüstan Statistika Xidmətinin məlumatına görə, mənfi ticarət balansı 2020-ci ilin yanvar-fevral ayında 802.5 mln ABŞ dolları və xarici ticarət dövriyyəsinin 43.3 faizini təşkil edib.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google