Milli Bank 25 mart tarixində valyuta hərracında 40 milyon dollar satacaq
Milli Bank larinin ucuzlaşmasının qarşısını almaq və valyuta bazarına dəstək məqsədi ilə 25 mart tarixində 40 milyon ABŞ dollarını hərracda satacaq. Bu haqda Milli Bankın 24 mart tarixinə olan bəyanatında deyilir.

“Koronavirusla bağlı yaranmış iqtisadi şok və Gürcüstan iqtisadiyyatına onun təsir göstərəcəyi gözləntiləri valyuta bazarında artan dəyişikliklərdə də özünü göstərdi. Baxmayaraq ki, çox sayda qeyri-müəyyənlik var, Milli Bank davamlı şəkildə neqativ nəticələrin əhaliyə daha az təsir göstərməsi istiqamətində çalışır”, – bəyanatda deyilir.

24 mart tarixində lari dollara görə 21 tetri ucuzlaşıb. Rəsmi məzənnəyə görə 25 mart tarixində 1 ABŞ dolları 3,4494 lari dəyərindədir. Lari avroya görə 28 tetri ucuzlaşıb. 1 avro 3,7436 lari dəyərindədir.

Mənbə: On
Print Email
FaceBook Twitter Google