Dünya birjalarında neft yenidən ucuzlaşıb
ICE London qitələrarası birjasında keçirilən ticarət
əməliyyatlarının gedişində Brent neftinin ixracına dair
2020-ci ilin may müqaviləsinin dəyəri 4,62% azalaraq 1 barelə görə
26,66 dollar təşkil edib.
"Marneuli" radiosu "APA-Economics"ə istinadən xəbər verir ki,
Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı
neftin 1 barelinin dəyəri 4,93% azalaraq 20,45 dollar təşkil edib.