İpoteka kreditlərinin bir hissəsinə subsidiya verilməsi qərarı
bu gündən qüvvəyə minəcək.
"Burada əhəmiyyətli olan məsələ ipoteka krediti ilə ev alan hər bir
vətəndaşın, 5 il müddətində ipoteka kreditinə görə dövlətdən
subsidiya almasıdır. Bu, maliyyə böhranına baxmayaraq
vətəndaşlarımıza planlaşdırdıqları əmlakı almağa imkan verən çox
vacib bir addımdır. Bundan əlavə, bu addım inşaat işinin
stimulyasiyası və ipoteka krediti götürmüş 25 min vətəndaşımızın
rifahının yaxşılaşdırılması məqsədi daşıyır və bu da heç bir
tikintinin dayandırılmayacağına zəmanət verəcək. Bunun qayğısına
dövlət qalacaq", – deyə Qiorqi Qaxaria bildirib.
Xatırladırıq ki, baş nazir Qiorqi Qaxaria daşınmaz əmlaka dəstək
proqramını mayın 28-də təqdim etmişdi. İpoteka subsidiyası
proqramının büdcəsi 70 milyon lari olacaq və bu maliyyə
çərçivəsində kreditlərin birgə maliyyələşdirilməsi 5 il davam
edəcək.
Dövlət ipoteka kreditləri üzrə faizləri subsidiya edəcək:
● Dövlət ipoteka faiz dərəcəsinin 4%-nə subsidiya
verəcək;
● Subsidiya krediti götürdükdən sonra 5 il müddətində davam
edir;
● Dövlət yenidən maliyyələşdirmə dərəcəsi 5%-dən aşağı düşdüyü
təqdirdə subsidiyanı dayandıracaq (əgər artarsa, o zaman
yeniləyəcək);
● Subsidiyalar 200 000 laridən çox olmayan kreditlərə
veriləcək;
● Yeni tikilmiş mənzil almaq üçün yalnız 01.06.2010 - 01/01/2021
tarixlərində ipoteka krediti götürənlərə şamil
olunur;
Büdcə – 70 milyon lari.
Dövlət ipoteka kreditlərinə zəmanət verəcək:
● Dövlət kreditin 20 faizi həcmində zəmanət verir;
● Zəmanət krediti götürdükdən sonra 5 il müddətində davam edir;
● Zəmanət 01/06/2020 - 01/01/2021 dövrləri ərzində verilmiş
kreditlərə şamil olunur;
● Bu zəmanət yeni tikilmiş mənzil almaq üçün 200 000 lariyədək borc
alanlara veriləcək;
● Zəmanət birgə iştirak payı ən az 10% olan kreditlərə aiddir.
● Büdcə – 14 milyon lari.