İpoteka kreditlərinə subsidiya verilməsi bu gündən etibarən qüvvəyə minəcək

İpoteka kreditlərinin bir hissəsinə subsidiya verilməsi qərarı bu gündən qüvvəyə minəcək.


"Burada əhəmiyyətli olan məsələ ipoteka krediti ilə ev alan hər bir vətəndaşın, 5 il müddətində ipoteka kreditinə görə dövlətdən subsidiya almasıdır. Bu, maliyyə böhranına baxmayaraq vətəndaşlarımıza planlaşdırdıqları əmlakı almağa imkan verən çox vacib bir addımdır. Bundan əlavə, bu addım inşaat işinin stimulyasiyası və ipoteka krediti götürmüş 25 min vətəndaşımızın rifahının yaxşılaşdırılması məqsədi daşıyır və bu da heç bir tikintinin dayandırılmayacağına zəmanət verəcək. Bunun qayğısına dövlət qalacaq", –
deyə Qiorqi Qaxaria bildirib.

Xatırladırıq ki, baş nazir Qiorqi Qaxaria daşınmaz əmlaka dəstək proqramını mayın 28-də təqdim etmişdi. İpoteka subsidiyası proqramının büdcəsi 70 milyon lari olacaq və bu maliyyə çərçivəsində kreditlərin birgə maliyyələşdirilməsi 5 il davam edəcək.

Dövlət ipoteka kreditləri üzrə faizləri subsidiya edəcək:

● Dövlət ipoteka faiz dərəcəsinin 4%-nə subsidiya verəcək;
● Subsidiya krediti götürdükdən sonra 5 il müddətində davam edir;
● Dövlət yenidən maliyyələşdirmə dərəcəsi 5%-dən aşağı düşdüyü təqdirdə subsidiyanı dayandıracaq (əgər artarsa, o zaman yeniləyəcək);
● Subsidiyalar 200 000 laridən çox olmayan kreditlərə veriləcək;
● Yeni tikilmiş mənzil almaq üçün yalnız 01.06.2010 - 01/01/2021 tarixlərində ipoteka krediti götürənlərə şamil olunur;


Büdcə – 70 milyon lari.

Dövlət ipoteka kreditlərinə zəmanət verəcək:

● Dövlət kreditin 20 faizi həcmində zəmanət verir;
● Zəmanət krediti götürdükdən sonra 5 il müddətində davam edir;
● Zəmanət 01/06/2020 - 01/01/2021 dövrləri ərzində verilmiş kreditlərə şamil olunur;
● Bu zəmanət yeni tikilmiş mənzil almaq üçün 200 000 lariyədək borc alanlara veriləcək;
● Zəmanət birgə iştirak payı ən az 10% olan kreditlərə aiddir.
● Büdcə – 14 milyon lari.
Mənbə: BM

 

Print