Gürcüstanın baş naziri Qiorqi Qaxarianın sözlərinə görə, ərzaq
ticarəti sahəsindəki təbii itkilər silinəcək.
Baş nazir bu barədə hökumətin iclasında bildirib. Onun sözlərinə
görə, bu məsələ uzun müddətdir ki, Maliyyə Nazirliyi ilə özəl
sektor arasında mübahisə mövzusudur.
"Digər yaxşı məsələlərdən biri uzun müddətdir Maliyyə Nazirliyi ilə
özəl sektor arasında mübahisə mövzusu olan ərzaq ticarəti
sahəsindəki təbii itkilərin silinməsi məsələsidir. Maliyyə
Nazirliyi nəhayət bu barədə qərar verdi və faktiki olaraq bu sahədə
təbii itkilərin ən sadə şəkildə silinməsi üçün ideal şərait yaradır
ki, bu da əlbəttə ki, iş sektorunun yaşamasını və fəaliyyət
göstərməsini asanlaşdıracaq", – deyə Qaxaria
bildirib.