Natia Turnavanın bildirdiyinə görə, müntəzəm uçuşların bərpa edilməsi iyulun sonuna qədər təxirə salına bilər
İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava bildirib ki, müntəzəm uçuşların bərpa edilməsi iyulun sonunadək təxirə salına bilər.
Onun sözlərinə görə, müntəzəm uçuşların bərpa olunması dünyadakı epidemioloji vəziyyətdən asılıdır.

"Çox güman ki, müntəzəm uçuşları iyul ayının sonuna qədər təxirə salmalı olacağıq, lakin çarter reysləri bu gün də həyata keçirilir və iyulda da davam edəcək. Hal-hazırda müntəzəm uçuşların tam miqyaslı şəkildə açılması məsuliyyətli bir qərar olmazdı",
– deyə Turnava beynəlxalq turistlərin qəbul edilməsi barədə danışarkən bildirib.

Print Email
FaceBook Twitter Google