Avstriyanın “OMV Petroleum” şirkəti Qara dənizə gəlir – Turnava
İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava, Avstriyanın “OMV” qrupuna üzv şirkətin Qara dənizdə neft çıxaracağını bildirib. Turnavanın jurnalistlərə verdiyi məlumata görə, şirkət Neft və Qaz Agentliyinin elan etdiyi beynəlxalq tender əsasında seçilib.

"İyunun 22-də Neft və Qaz Agentliyi Qara dənizdə neft və qaz ehtiyatlarından istifadə üçün ümumi lisenziya əldə etmək üçün açıq beynəlxalq tender keçirdi. İkinci lisenziya blokunda “OMV” neft şirkətləri qrupunun üzvü olan "OMV Petroleum" tender komissiyasının rəyi əsasında qalib gəldi. Bu şirkət neft hasilatı və emalı sahəsində Avstriya nəhəngidir. Neft şirkətləri arasında Avropada 10-cu yeri tutur. Gürcüstana böyük və məşhur bir investorun gəlməsi həqiqətən sevindirici haldır. İkincisi, bu investor ehtiyatlar və mineral hasilatı sahəsinə girir ki, bu da burada çox yaxşı şərait yaratdığımıza sübutdur",
– deyə Turnava bildirib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google