Natia Turnava — Vətəndaşları yalnız müvafiq dövlət qurumlarının rəsmi saytlarında qrafiki dərc olunan uçuşlara bilet almağa çağırıram
“Vətəndaşlarımızı yalnız Mülki Aviasiya Agentliyinin və İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin saytlarında rəsmi olaraq yayımlanan uçuşlara bilet almağa çağırıram”, — deyə İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava “Airzena” avia şirkəti tərəfindən Mülki Aviasiya Agentliyi ilə razılaşdırılmamış reyslər planlaşdırılması barədə şərhi zaman bildirib.

Onun sözlərinə görə, bütün epidemioloji qaydalara və xüsusi cədvəllərə uyğun olaraq 11-dən çox beynəlxalq reys həyata keçiriləcək.

“Mülki Aviasiya Agentliyi ilə razılaşdırılmayan uçuşlara bilet almamaq çox vacibdir. Təəssüf ki, "Airzena" şirkətinin bizimlə razılığı olmadan bəzi istiqamətlərə bilet satdıqları və bu uçuşların rəsmi olaraq elan etdiyimiz istiqamətlərdə olmadığı barədə məlumatlar yayılır", — deyə Natia Turnava bildirib.

İqtisadiyyat və Davamlı İnkişaf Nazirinin sözlərinə görə, bu cür uçuşların biletləri olduqca bahalı olduğundan insanları olduqca çətin vəziyyətə salan çox səhv bir hərəkətdir.

“Biz “Airzena” aviaşirkətini bu cür razılaşdırılmamış hərəkətləri dayandırmağa çağırırıq. Biz Gürcüstan vətəndaşlarını yalnız Mülki Aviasiya Agentliyinin və İqtisadiyyat Nazirliyinin veb saytlarında yerləşdirilən uçuşların siyahısı və cədvəlinə uyğun uçuşlardan istifadə etməyə çağırırıq", —
deyə Natia Turnava əlavə edib.

Məlumatı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti yayıb.

Print Email
FaceBook Twitter Google