Gürcüstanda südün qiyməti artır

Gürcüstanda xam südün qiyməti yenə də artır. Georgiandairy.org saytının verdiyi məlumata görə, qiymətlər hal-hazırda görünməmiş dərəcədə yüksəkdir.



Son illərdə qiymət artımının səbəbi, hazırda qlobal böhranla müşayiət olunan çatdırılma tərəfində problemlərin olmasıdır. Qiymət artımı xilas mexanizmi kimi tez-tez istifadə olunur – lakin bu son nəticədə istehlakçıya zərər verir.

Məlumat portalının bildirdiyinə görə, ev təsərrüfatları bir litr xam südü orta hesabla 0.80 lariyə, kommersiya tipli fermalar isə 1.00 lariyə təhvil verir.
Ötən illə müqayisədə xam süd, ev təsərrüfatlarında 5%, kommersiya tipli fermer təsərrüfatlarında isə 13% artıb.

Georgiandairy.org saytının verdiyi məlumata görə, bunadək iki qrupun qiymətləri arasındakı bu qədər böyük fərq də görünməyib – kommersiya tipli fermer təsərrüfatları ev təsərrüfatlarına nisbətən daha yüksək qiymətlər əldə edə biliblər. Bu, kommersiya süd sektorunun üstünlükləri ilə izah olunur: daha sadə logistika – bir təsərrüfatdan daha çox süd almaq imkanı; nisbətən yüksək keyfiyyət; qiymətin formalaşmasına daha çox təsir.

"Ölkədəki yüksək inflyasiya fonunda isə süd istehsalçıları məhsullarının qiymətini qaldırmaq və ya bazardan çıxmaq məcburiyyətində qalırlar", – georgiandairy.org saytının araşdırmasında deyilir.

Mənbə: BPN

 

Print Email
FaceBook Twitter Google