Gürcüstanda işsizlik 0,9% artıb
Bu ilin aprel-iyun aylarında Gürcüstanda işsizlik illik müqayisədə 0,9% artaraq 12,3%-ə bərabər olub.

Bu barədə Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabat dövründə şəhər yerlərində işsizlik 19,7%, kəndlərdə isə 4,7% olub.

Kişilər arasında bu göstəricisi 12,7%, qadınlar arasında isə 11,8% təşkil edib.

Mənbə: NewsBureau
Print Email
FaceBook Twitter Google