Bu ilin II rübündə Gürcüstanda iribuynuzlu mal-qaranın sayı 2,6%
artaraq 1 milyon baş təşkil edib.
Bu barədə Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Qoyunların sayı 12,1% azalaraq 984 200 baş olub. Toyuqların sayı
isə 16,9% artaraq 12,5 milyona bərabər olub.
Hesabat dövründə ölkədə 197,4 milyon litr süd istehsal olunub ki,
bu da illik müqayisədə 0,1% çoxdur. Ət istehsalı 5,8% artaraq 16
300 ton təşkil edib.
Aprel-iyunda 167,5 milyon ədəd yumurta istehsal edilib ki, bu da
ötən ilin eyni göstəricisindən 1,4% azdır.
Mənbə: NewsBureau