Gürcüstanda ət və süd istehsalı artıb
Bu ilin II rübündə Gürcüstanda iribuynuzlu mal-qaranın sayı 2,6% artaraq 1 milyon baş təşkil edib.

Bu barədə Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qoyunların sayı 12,1% azalaraq 984 200 baş olub. Toyuqların sayı isə 16,9% artaraq 12,5 milyona bərabər olub.

Hesabat dövründə ölkədə 197,4 milyon litr süd istehsal olunub ki, bu da illik müqayisədə 0,1% çoxdur. Ət istehsalı 5,8% artaraq 16 300 ton təşkil edib.

Aprel-iyunda 167,5 milyon ədəd yumurta istehsal edilib ki, bu da ötən ilin eyni göstəricisindən 1,4% azdır.

Mənbə: NewsBureau
Print