Azərbaycan Gürcüstandan 12 mindən çox avtomobil alıb
Bu ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana 12 185 ədəd avtomobil ixrac olunub.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Azərbaycanın qonşu ölkədən idxal etdiyi minik maşınlarının ümumi dəyəri 122,2 milyon ABŞ dolları təşkil edib.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan aldığı avtomobillərin sayı 1 397 ədəd və yaxud 13% artıb.

Mənbə: NewsBureau
Print