“Gürcüstan hökuməti pandemiya dövründə bir neçə düzgün
addım atıb. Taxılın idxalı ilin bu vaxtı üçün təxminən 20-25% çox
olub”.
Bu barədə kənd təsərrüfatı nazirinin müavini Qiorqi Xanişvili
bildirib.
Nazir müavininin sözlərinə görə, hazırda Gürcüstanda taxılın
kifayət qədər böyük ehtiyatı yaranıb:
“Bu, təxminən
100-120 min tondur. Qiymətlər dəyişərsə, bu, bizə tələbatı
balanslaşdırmağa imkan verəcək”.
Q. Xanişvili qeyd edib ki, vətəndaşlar rahat ola bilərlər:
“Nə çörəklə təminatda, nə də onun qiymətində problem
olacaq”.
Mənbə: NewsBureau